“Vurulan” icra başçısı danışdı: “Deputat olmaq istəyirəm…”

04.09.2015 - 13:18
nesimMəlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ona heç bir vəzifə verilməməsi isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin “vurulması” kimi dəyərləndirilib.
Cumhuriyyət.az xəbər verir ki, bununla bağlı sabiq icra başçısı Nəsib Məhəməliyev “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevə qısa müsahibəsində olduqca ilginc açıqlamalar verib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:
– Nəsib müəllim, cənab Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?
– Bəli, gözləyirdim.
– Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir…
-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilməz deyildi.
– Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?
– Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatilmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb.
– Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz? 
– Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=31296

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930