Gömrük korrupsiyasınnın “avtoşları”

04.12.2014 - 00:58

Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində
nələr baş verir?

 

Ökədə
gömrük işçilərindən şikayət edənlərin sayı hesabı yoxdur. Səbəb də odur ki, ölkənin
bütün giriş və çıxış qapılarında durum acınacaqlıdır. Rüşvət və korrupsiyanın
tüğyan etdiyi bu orqanla bağlı isə heç bir tədbir görülmür. Əsas acınacaqlı
durumlardan biri də Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində
yaşanır. Bu qurumda baş verənləri cumhuriyyet.az-ın əməkdaşının müşahidələrini
diqqətinizə çatdırmadan öncə bildirək ki, xaricdən gətirilən avtomobillərə görə,
tələb olunan rüsumların həcmi isə bəzən o qədər böyük olur ki, maşın gətirən hərəkətinə
peşman edilir. Belə ki, Avtonəqliyyat Gömrük İdarəsində qapıdan daxil olduqdan
sonra geriyə çıxış yolu yoxdur. Elə qapının girəcəyində maşının sahibindən 20
manat alınır. Ardından isə sığorta və digər işlər həyata keçirilir ki, bu zaman
da 50 manat və 100 manat pul ödəməli olurlar. Bu pulların niyə alındığını hələlik
bilən yoxdur. Maşın gətirənlər yalnız onu bilirlər ki, həmin pul ödənilməsə
idarədə gömrükdən keçə bilməyəcəklər.

Elə mərəkə
də idarədə başlayır. İdarənin rəisi İsmayıl Hüseynov öz otağından kənara
çıxmır. Onun vəzifəsi hər axşam kassaya yığılmış pulları sayıb, götürməkdən
ibarətdir. Bütün işləri isə Coşqun Əhmədzadə, Gündüz və Rövşən adlı müavinləri
həyata keçirir. İdarənin binasına daxil olduqdan sonra ilk olaraq yan otaqdakı
bu üç şəxsdən birinə yaxınlaşaraq, qiymətləndirmə aparılmasını istəyirlər.
Maşının markası və ili soruşulandan sonra qiymətləndirmə yox, qiymətoxuma
başlayır. Maşın gətirənə öncə yüksək bir qiymət deyilir. Həmin məbləği ödəmək
üçün isə kassaya yaxınlaşması xəbərdarlığı edilir. Sənədlərin də üzərinə sıra
nömrəsi yazılır və ardından kassaya telefonla zəng edilərək məbləğ deyilir. Bu
məbləğlə razılaşmadıqda vətəndaşla idarənin rəis müavinləri arasında bazarlıq
başlayır. Nəticədə, qiymətdə müəyyən В«endirimВ»lər edilir. Nəhayətdə, ümumi bir
rəqəmdə razılıq əldə edilir. Əks təqdirdə, vətəndaşın maşını idarənin həyətində
saxlanılır. Hər gün üçün dayanacaqhaqqı olaraq 20 manat, cərimə olaraq isə 100
manat pul tələb olunur.

Qeyd edək
ki, bu zaman rəsmi dövlət rüsumu ümumiyyətlə, nəzərə alınmır. Onun üzərinə əlavə
pul qoyulur ki, bu da İsmayıl Hüseynovla müavinlər arasında bölüşdürülən
haqdır. Bu barədə sual verildikdə isə cavab belə olur: В«Rəsmi rüsum rəsmidir.
Amma burada bizim də öz rüsumumuz varВ». Bu sözlərdən tam aydın olur ki, Avtonəqliyyat
Gömrük İdarəsində tam bir özbaşınalıq yaşanır.

İsmayıl
Hüseynova gəldikdə isə bu şəxs olduqca qapalı biridir. Böyük pulların içində
uzun illərdir baş çıxaran və qazanan idarə rəisinin var-dövlətinin də
sayı-hesabı yoxdur. Məsələ ilə bağlı
cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Bakıda bir neçə avtomobil salonu
olan Hüseynovun sürdüyü maşını da çox bahalıdır. Onun hal hazırda idarə etdiyi
avtomobilin qiyməti 200 min dollardan artıqdır və bu maşını İsmayıl Hüseynovun
necə əldə etdiyi sirr deyil. Avtomobil salonlarına gəldikdə isə orada Almaniya
və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur. Hətta belə bir məlumat
da var ki, Hüseynovun qəsdən böyük məbləğdə rüsum tələb etməsi də məhz öz
salonlarından daha çox qazanc əldə etmək niyyətindən irəli gəlir. Belə ki, o,
xaricdən avtomobil gətirən vətəndaşlardan külli mindarda В«rüsumВ» alaraq,
onların bazarda satış qiymətlərini qaldırmaqla yanaşı, həm də daha az qazanc əldə
etmələrinə nail olur. Özünün xüsusi adamlar vasitəsi ilə gətirdiyi maşınlara
görə rəsmi dövlət rüsumu ödədiyindən daha böyük gəlir əldə edə bilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14110

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930