"Gündəm şok xəbər" qəzeti kollektivi ittihamlara cavab verdi

08.07.2014 - 21:00

Azinform.az saytında “Gündəm xəbər”qəzetinə qarşı təxribat” başlıqlı xəbər yer alıb. Xəbərdə guya “Gündəm xəbər”
qəzetinin təxribata məruz qalması iddia olunsa da, əslində həqiqət gizlədilərək
Şirin Cəfərinin maraqları ifadə olunub. İlk öncə qeyd edim ki, “Gündəm xəbər” qəzetinin
baş redaktoru kimi təqdim olunan Şirin Cəfəri bir gün də olsun göstərilən vəzifəni
daşımayıb, adı çəkilən qəzetin baş redaktoru olmayıb və indi də belə deyildir.
Əgər belə olsaydı Şirin Cəfəri bilməliydi ki, “Gündəm xəbər” qəzetinin
keçmiş kollektivi istirahətdə deyil, qəzet
bazarında yay fəslində müşahidə olunan çətinliklərə baxmayaraq hələ də fəaliyyətdədir.

Bütün ölkə mediasının və KİV-lərin nəzərinə çatdırıram ki, “Gündəm xəbər”
qəzetinin sonuncu baş redaktoru hazırda “Gündəm şok xəbər” qəzetinin təsisçisi
və baş redaktoru Nicat Mahmudov olmuşdur. Yalnız Şirin Cəfərinin özünə məlum
olan səbəblərdən qəzet qəflətən fəaliyyətini dayandırıb. Bu isə uzun illər mətbuat
sahəsində çalışan, bu yolda can qoyan,”Gündəm xəbər” qəzetinin formalaşmasında müstəsna əməyi olan kollektivin
bir anda işsiz qalması ilə nəticələndi. Əslində Şirin Cəfəri bu gün istirahətdə
olduğunu iddia etdiyi kollektivi yarı yolda buraxanda, öz şəxsi maraqlarını
üstün tutub qəzetin fəaliyyətini dayandıranda bütün indi baş verənləri
proqnozlaşdırmalıydı. Bu gün mediya bazarında “Gündəm xəbər” qəzeti yoxdur ki,
ona qarşı hansısa təxribata yol verilsin. Mövcud olmayana isə təxribat etmək
kimsəyə, o cümlədən bizə də maraqlı deyil.

Bu gün oxuculara təqdim olunan və Şirin Cəfərinin təxribat
adlandırdığı “Gündəm şok xəbər” qəzetinin “Gündəm xəbər” qəzetinə qətiyyən heç
bir aidiyyatı yoxdur. “Gündəm şok xəbər” qəzeti Şirin Cəfərinin məzuniyyətdə
olduğunu iddia etdiyi keçmiş “Gündəm xəbər” qəzetinin kollektivi tərəfindən nəşr
olunan tam müstəqil, kimsənin çətiri altında olmayan müstəqil mətbu orqandır.
Nicat Mahmudov uzun müddət “Şok xəbər” qəzetinin təsisçisi və baş redaktoru
olmuş və sonradan baş redaktor kimi fəaliyyətini “Gündəm xəbər”qəzetində davam
etdirib. Bir daha qeyd edirik ki, yalnız Şirin Cəfərinin özünə məlum olan
qeyri-müəyyən səbəblərdən sonra “Gündəm xəbər” qəzeti qəflətən fəaliyyətini
dayandırıb. Redaksiyanın kollektivinin ümumi rəyi ilə “Gündəm şok xəbər” qəzeti
təsis edilib və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Bu gün oxuculara təqdim
olunan “Gündəm şok xəbər” qəzetinin Şirin Cəfəriyə heç bir aidiyyatı yoxdur. Qəzet
tam müstəqil, heç kimlə işbirliyi olmadan nəşr olunur və artıq kifayət qədər
oxucu sevgisi qazanıb. Şirin Cəfəri iddia edir ki, oxucular diqqətli olsunlar,
onlara “Gündəm şok xəbər” qəzeti sırıya bilərlər. Cəfəriyə xatırladırıq ki,
bizim sırınmaq kimi iş prinsipimiz yoxdur.”Gündəm şok xəbər” nəşrini dayandıran “Gündəm xəbər” qəzetinin keçmiş
kollektivinin oxuculara təqdim etdiyi tam yeni layihədir. Çünki, bu
kollektiv “yay məzuniyyətində” deyil və
fəaliyyətini davam etdirir. “Yay məzuniyyətindən” sonra isə Şirin Cəfərini və
“Gündəm xəbər” qəzetini media bazarında azad rəqabətdə görmək istərdik. Təbii
ki, əgər bu məzuniyyət bitəcəksə…

“Gündəm şok xəbər” qəzetinin
yaradıcı kollektivi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=9441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930